Qiymətli Metallar

Forex bazarında qiymətli materiallar valyuta olaraq nəzərdən keçirilir və 24 saat ərzində digər valyutalarla cüt şəkilində ticarət olunur. Onların digər sinif aktivləri ilə aşağı yaxud  mənfi korrelyasiyası portfellərin diversifikasiyası və risklərin sığortalanması (hedge) üçün effektli vasitədir

Qızıl
(XAU)

Qızıl, bütün valyutaların əsasıdır və o, bu gün hələ də bazarda nəzərəçarpacaq rol oynayır. O ilk növbədə kapitalın saxlanması vasitəsi rolunu oynayır və onun dəyəri tələb və təklif qaydalarından çox dünya bazarındakı vəziyyətə uyğun dəyişir. Qızıla əsas təsir göstərən faktorlar, maliyyə stabilliyi, inflyasiya və geo-siyası hadisələrdir

Gümüş
(XAG)

Qızıl kimi, gümüş də rezerv valyutadır. Lakin o, həm də texnologiyada, müxtəlif məqsədlərdə tətbiq edilməsi üçün tələb olunan xammaldır. Baxmayaraq ki, gümüş bir qayda olaraq qızıl ilə bərabər hərəkət səviyyəsində ticarət olunur, o, sənaye bazarlarının tələb və təkliflərin təsirinə uyğun olaraq daha yüksək volatillik (dəyişkənlik) nümayiş etdirir

Platin və Palladium (Tezliklə)
(XPT и XPD)

Platin və Palladium başlıca olaraq zərgərlik məmulatlarının, kompüter hissələrinin hazırlanmasında, neft və kimya maddələrinin emalı zamanı katalizator rolunda istifadə olunur.  Onlara tələbat daha çox, metalın böyük həcmdə istifadə olunduğu avtomobil sənayesinin üzərində düşür. Platin və palladium qızıl ilə müqayisədə daha nadir metallardır və onların dünya üzərindən əldə olunması Cənubi Afrika və Rusiyanın üzərində cəmləşib. Bütün qiymətli metallar içərisində daha çox volatilliyi (dəyişkənliyi) ilə seçilənlər məhz platin və palladiumdur